БУРЕНИЕ АРТЕЗИАНСКИХ СКВАЖИН

Azərbaycanın yeraltı suları

Məlumdur ki, Azərbaycan Respublikası ərazisində istifadəyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanmışdır. Orta illik həcmi 36 mlyd. m3-ə yaxın olan su ehtiyatlarının 21 mlyd. m3–i ölkə hüdudlarından kənarda formalaşır. Azərbaycan əhalisinin su təchizatında müstəsna rol oynayan iki əsas çayın – Kür və Arazın hövzələri bütünlüklə Ermənistanın ərazisini, Gürcüstan ərazisinin böyük bir hissəsini,  eləcə də Türkiyə və İran ərazisində xeyli sahəni əhatə edir və  Azərbaycannın sərhədlərini keçənə qədər artıq ciddi çirklənməyə məruz qalmış vəziyyətdə olur. Azərbaycan ərazisində su ehtiyatlarından içmək və təsərrüfat məişət ehtiyatları ilə yanaşı suvarma əkinçiliyi və kənd təsərrüfatının digər sahələrində, balıqçılıq, hidroenergetika, ekoloji və digər məqsədlərlə geniş istifadə olunur. Respublika ərazisində yerüstü su ehtiyatlarından illik istifadə 11-12 mlyd. m3 -ə yeraltı su ehtiyatlarından illik istifadə isə 2,5-2,8  mlyd. m3 -ə yaxındır.

İstifadəyə yararlı şirin (minerallaşma dərəcəsi 1,0 q/l-ə qədər) və az minerallaşma (1-3q/l) malik yeraltı sular respublika ərazisində Paleozoy yaşlı süxurlardan başlayaraq müasir dövr çöküntülərinə qədər bütün genetik tiplərdə intişar taparaq ölkəmizdə dağlıq və dağətəyi bölgələrində qeyri- bərabər yayılmışdır. Dağətəyi və düzənlik bölgələrin yeraltı suların regional istismar ehtiyatları Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən qiymətləndirilmiş, bəzi bölgələr (Qarabağ-Mil,Gəncə-Qazax) üzrə isə son dövrlərdə yeraltı su ehtiyatlarının yenidən qiymətləndirilməsi məqsədi ilə hidrogeoloji tədqiqatlar aparılmışdır. Şirin və az minerallaşmaya malik yeraltı suların regional istismar ehtiyatları Alazan-Əyriçay, Samur-Şabran, Şirvan, Qarabağ-Mil, Gəncə-Qazax, Naxçıvan, Lənkəran və s. dağətəyi düzənlikləri üzrə keçmiş SSRİ-nin və Azərbaycan SSRİ-nin  ehtiyatlar komissiyasında təsdiq olunmuş və ya sınaqlanmışdır.

Regional istismar ehiyatları hüdudlarında (bəzi hallarda isə yeni sahələrdə) respublikanın şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin suya olan ehtiyaclarını ödəmək məqsədi ilə dəqiq hidrogeoloji kəşfiyyat işləri aparılmış, mərkəzləşmiş və qrup su götürücüləri üzrə istismar ehtiyatları uyğun olaraq hesablanmış və təsdiq olunmuşdur. Hazırda Respublikanın 35-dən çox şəhər və qəsəbələrində əhalinin su ilə təchizatı tam və qismən yeraltı suların hesabına ödənilir. Bura Bakı, Sumqayıt, Gəncə, Ağdaş, Ağstafa, Bərdə, Tərtər, Naxçıvan, Ordubad və s. aiddir.

Dağlıq bölgələrdə yeraltı suların proqnoz ehtiyatları inzibati rayonlar üzrə qiymətləndirilmiş və bütövlükdə 1806,9 min m3/gün təşkil edir. Qeyd etmək lazımdır ki, respublikanın düzənlik və dağətəyi bölgələrindən fərqli olaraq dağlıq bölgələrdə yeraltı suların ehtiyatlarını qiymətləndirmək istiqamətində hidrogeoloji tədqiqatlar tam aparılmamışdır. İsmayıllı, Quba, Qusar, Lerik, Yardımlı, Qazax, Tovuz  və digər rayonların dağlıq ərazilərində yeraltı suların ehtiyatları qiymətləndirilməmişdir.

Son illərdə yeraltı suların axtarışı və kəşfiyyatı istiqamətində, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Respublikanın qərb rayonlarının (Ağstafa, Tovuz, Şəmkir, Samux) qış otlaqları yerləşən Ceyrançöl ərazisində, yerli əhalinin xüsusilə də qaçqın və məcburi köçkünlərin məskunlaşdığı İsmayıllı, Beyləqan, İmişli həmçinin  Lerik, Yardımlı, Xızı rayonları ərazilərində və Ağcabədi rayonunun “Hərəmi” sahəsində qabaqlayıcı geofiziki tədqiqatların müşayəti ilə müxtəlif məqsədlər üçün istifadəyə yararlı yeraltı su mənbələrinin axtarışı aparılmışdır. Hal-hazırda bu istiqamətdə axtarış-qiymətləndirmə işləri Şəki rayonunun dağətəyi, Siyəzən-Quba rayonlarının dağliq və dağətəyi (Ataçaydan Vəlvələçaya qədər) və Cəlilabad rayonları ərazisində davam etdirilir.

Ümumilikdə respublika üzrə müxtəlif illərdə aparılmış hesablamalara əsasən yeraltı suların regional istismar ehtiyatları – 23764,28 min m3/gün ( və ya ildə 9 mlrd. m3) təşkil edir. Ehtiyatlar Komissiyasında  təsdiq olunmuş -12079,4 min m3/gün, o cümlədən dağlıq bölgələr üzrə – 126,4 min m3/gün. Bu ehtiyatlardan 1592,1 min m3/gün  həcmində yeraltı suların ümumi minerallaşma 1-3 q/l arasındadır ki, bu sulardan suvarma və texniki məqsədlər üçün istifadə oluna bilər.

Respublika ərazisində şəhərlərin və yaşayış məntəqələrinin su təhcizatı məqsədi ilə 60-dan çox yataq üzrə yeraltı suların istismar ehtiyatlarının təsdiq edilməsinə baxmayaraq yalnız 20-ə yaxın mərkəzləşdirilmiş yeraltı sugötürücü fəaliyyət göstərir.

Son illərin rəsmi məlumatlarına əsasən şirin və azminerallaşmaya malik yeraltı sulardan istifadənin həcmi regional ehtiyatların 1,5, təsdiq olunmuş ehtiyatların isə isə 26%-ni təşkil edir. Yeraltı sulardan istifadənin 80%-i suvarma və texnikiməqsədlərə sərf olunur.

Azərbaycan Respublikası əraziisndə istifadəyə yararlı  yeraltı suların 2014-cü ilə qədər qiymətləndirilmiş proqnoz ehtiyatları aşağıdakı cədvəldə göstərilir.

İstifadəyə yararlı yeraltı suların  yayıldığı bölgələr2014-cü ildə qiymətləndirilmiş proqnoz ehtiyatlar,min m3/ gün
Böyük Qafqaz dağlıq bölgəsi1008,87
Abşeron yarımadası241,92
Samur-Dəvəçi dağətəyi düzənliyi3470,72
Qanıx-Əyriçay vadisi3822,0
Gəncə dağətəyi düzənliyi4218,6
Şirvan dağətəyi düzənliyi517,7
Qarabağ-Mil dağətəyi düzənliyi7909,92
Muğan dağətəyi düzənliyi130,0
Cəbrayıl dağətəyi düzənliyi344,0
Lənkəran dağətəyi düzənliyi209,0
Naxçivan dağətəyi düzənliyi902,2
Kiçik Qafqaz dağətəyi düzənliyi982,35
Respublika üzrə cəmi:23764,28

Azərbaycan Respublikasının ərazisi eyni zamanda yer təkinin dərin horizontlarında intişar tapmış istilik enerji əhəmiyyətli termal və sanare əhəmiyyətli yüksək minerallaşmış termal və hidromineral xammal suları ilə zəngindir.

Keçmiş SSRİ ərazisində yodlu-bromlu sənaye sularının kəşf edilmiş ehtiyatlarının olduğu 4 Respublikadan biri olan Azərbaycan Respublikası kəşf edilmiş ehtiyatlarına görə İttifaqda ikinci (31,5%), yod istehsalının həcminə görə isə birinci yeri tuturdu.

Kəşf edilmiş yodlu-bromlu sənaye suları Respublika ərazisində 5 əsas yataqda: Neftçala, Xıllı, Babazənən, Mişovdağ və Binə-Hövsan yataqlarında cəmləşmişdir. Ilk 4 yataq Kür çökəkliyinin cənub-şərq hissəsində, Binə-Hövsan yatağı isə Abşeron yarımadasının ərazisində yerləşir.

Aparılmış axtarış və kəşfiyyat işləri nəticəsində Abşeron yarımadasının Binə-Hövsan muldasının Qala-Türkan, Suraxanı-Qaraçuxur, Buzovna-Maştağa, Zığ-Hövsan, Qərbi Abşeronun Lökbatan-Quşxana, Yasamal dərəsi, Şabandağ, Atəşgah və Sulutəpə, Aşağı Kür çökəkliyinin Neftçala, Xıllı, Babazənən, Mişovdağ, Kürsəngi, Kürovdağ, Qarabağlı, Ələt, Xıdırlı-Pirsaat, Xəzəryanı rayonunun Sıtalçay, Gədisu, Şuraabad stuktutlarında yodlu-bromlu sulara dərin quyu qazma və hidrogeoloji sınaq işləri ilə “Məhsuldar Qat” çöküntülərinin sulu komplekslərinin hidrodinamik və hidrokimyəvi parametrləri təyin edilmiş, Binə-Hövsan, Neftçala, Xıllı, Babazənən və Mişovdağ yataqları üzrə yodlu-bromlu suların ehtiyatları hesablanmış, keçmiş SSRİ Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir.

Abşeron yarımadası və Kür çökəkliyinin aşağı Kür depressiyası ərazisində yerləşən Mişovdağ, Babazənən, Xıllı və Neftçala  yataqları ilə bağlı temperaturu 35-65ºC olan dərin yeraltı sular kimyəvi tərkiblərinin yüksək  mineralllaşması (210-220 q/litrə qədər) səbəbindən sənaye əhəmiyyətli yodlu-bromlu sular kimi təsnif olunurlar. Neftçala və Xıllı yataqlarının yeraltı suları əsasında hal-hazırda “Azər-Yod” MMC texniki yod istehsalı ilə məşğuldur.

Eyni zamanda bu illər ərzində qələvili, sodalı, nadir metallı və digər hidromineral xammal əhəmiyyətli yeraltı suların öyrənilməsi məqsədilə Abşeron yarımadasında Bakı muldasının cinah hissələrində, Zirə, Binəqədi, Kürdəxanı, Qaraheybət, Yasamal dərəsi, Bibiheybət, Atəşgah, Şamaxı-Qobustan nefti-qazlı rayonunun Novoastraxanka, Çevildağ, Kür çökəkliyinin Şorsulu, Muradxanlı, Carlı, Zərdab, Xəzəryanı neftli-qazlı vilayətinin Gədisu, Yalama, Zağlı, Zeyvə, Çandahar-Zarat, Qaynarça, Talabi, Təngialtı, Saadan, Kür-Qanıx çaylararası neftli-qazlı vilayətinin Tərsdəllər, Köyrük-Keylan, Böyük Palantökən, Sajdağ, Udobna sahələrində hidrogeoloji tədqiqatlar aparılmış, Qərbi Abşeronun sodalı sularından istifadə edilməsinin mümkünlüyü barədə texniki-iqtisadi məruzə hazırlanmışdır. Keçən əsrin 60-cı illərinin əvvəllərindən etibarən başlanmış və  sonlarına kimi davam etdirilmiş, termal sulara aparılmış məxsusi hidrogeoloji tədqiqat işlərı nəticəsində Azərbaycan Respublikası ərazisində öyrənilmə və xalq təsərrüfatının müxtəlif sahələrində istifadəyə yararlılıq dərəcəsindən, həm də geostruktur, hidrogeotermik və geotermik şəraitindən asılı olaraq 9 hidrogeotermik rayonlar ayrılmışdır:

  • Xəzəryanı-Quba
  • Lənkəran maili düzənliyi
  • Abşeron yarımadası
  • Şamaxı-Qobustan
  • Kür çökəkliyi
  • Cəlilabad-Zar
  • Acınohur
  • Kür-Qanıx çaylararası ərazi
  • Naxçıvan

Həmin əsrin 60-cı illərindən yer təkinin istilik enerjisindən xalq təsərrüfatının müxtəlif sahələrində istifadə edilməsinin mümkünlüyünün və istiqamətlərinin müəyyən edilməsi məqsədilə yer təkinin istilik enerjisinin əsas daşıyıcıları olan yeraltı termal suların yayılması şəraitinin, sulu komplekslərinin hidrodinamik, hidrokimyəvi və hidrotermik xüsusiyyətlərinin öyrənilməsi üçün Azərbaycan Respublikası ərazisinin Lənkəran dağəyəti düzənliyi və Kür çökəkliyinin mərkəzi hissəsində, 80-ci illərin əvvəllərindən Xəzəryanı-Quba rayonunun Yalama-Xaçmaz sahələrində və Kür çökəkliyinin cənub-qərb cinahının hüdudlarında termal sulara axtarış və öncədən kəşfiyyat işlərinin başlanması ilə bu sulara aparılan axtarış və kəşfiyyat işləri genişlənmiş, nəticədə bir sıra sahələr üzrə (Lənkəran, Gəncə)  Texniki-İqtisadi Məruzələr (TİM),  Xəzəryanı-Quba termal su yatağı üzrə isə Texniki-İqtisadi Əsaslandırma (TİƏ) hazırlanmış, termal suların istismar ehtiyatları hesablanmışdır.

Azərbaycan Respublikası ərazisində termal və sənaye sularının ümumi ehtiyatları – 419093 m3/gün hesablanmışdır.

Yer təkinin istilik enerjisindən xalq təsərrüfatının müxtəlif sahələrində (istixana, sanatoriya və s.) istifadə edilməsinin mümkünlüyünün və istiqamətlərinin müəyyən edilməsi məqsədilə yer təkinin istilik enerjisinin əsas daşıyıcıları olan yeraltı termal suların yayılma şəraiti, sulu komplekslərin hidrodinamik, hidrokimyəvi və hidrotermik xüsusiyyətləri öyrənilmişdir.

Bundan əlavə Azərbaycan Respublikası ərazisində mövcud olan 16 ədəd müalicə-süfrə və 14 ədəd müalicə əhəmiyyətli mineral su mənbələrində (İlisu, Çaqan, Çuxuryurd, Sirab (4 yataq), Vayxır (2 yataq), Badamlı (2 yataq), Darıdağ, Şırlan, Turşsu, Minkənd, Yuxarı İstisu, Aşağı İstisu, Tutxun, Mozçay, Qoturlu, Keşdək, Qarasu, Qalaaltı, Meşəsu, İbadısu, Suraxanı, Mərdəkan¸ Pirşaqı Buzona, Bilgəh) hidrogeoloji tədqiqatlar aparıılmış və onların istismar ehtiyatları hesablanmış və keçmiş SSRİ Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir.

ИНЖЕНЕРНАЯ ГЕОЛОГИЯ

Mühəndisi geologiya – geologiya elminin insanın mühəndis fəaliyyətilə əlaqədar olaraq Yer qabığının üst qatlarının geoloji şəraitini və dinamikasını öyrənən sahəsi. Mühəndisi geologiya tədqiqatların əsasında tikinti obyekt­lərinin daha münasib yeri, əlverişli konstruksiyası, inşaat işlərinin üsulları və həmçinin tikintinin təsiri nəticəsində baş verə və onun normal istismarına mane ola biləcək geoloji proseslərə qarşı mübarizə tədbirləri müəyyən edilir. Mühəndisi geologiya tədqiqatlar əsasında: a) tikintinin ağırlığı altında süxurların sıxlaşma həddi və sürəti; b) süxurun özül altından sıxışdırılıb çıxardılmasına qarşı müqaviməti; c) özül, karxana, kanal və b. qazımalarda divarların möhkəmliyi; ç) su hövzəsi bəndinin hövzə suyunun təzyiqinə qarşı davamlılığı; d) su hövzəsi sahillərinin yuyulması; e) qrunt suyu səviyyəsinin qalxdığı ərazilərdə tikinti özüllərinin möhkəmlik şəraiti; ə) seysmik, karstlaşma, sürüşmə və b. zonalarda tikilən obyektlərin davamlılığı öyrənilir.

БУРЕНИЕ ГЕОТЕРМАЛЬНЫХ СКВАЖИН

Termal sular – Ənənəvi olmayan günəş, külək və yeraltı termal suların enerjisindən istifadə olunması problemlərinin həlli ilə əlaqədar dünyanın bir çox inkişaf etmiş ölkələrində elmi və təcrübi tədqiqatlar aparılır. Termal suların yeraltı istilik enerjisinin akkumulyatoru və yüksək istilik-enerji tutumluğu xüsusiyyətlərinə malik olması ənənəvi olmayan enerji mənbələri sırasında termal suları xüsusi əhəmiyyətli enerji daşıyıcısı kimi səciyyələndirir.

Azərbaycanda 1964-1970-ci illərdə Talış zonasında (Astara, Lənkəran və Masallı rayonlarında) termal suların öyrənilməsi üçün geoloji-kəşfiyyat işləri aparılmışdır. Bu məqsədlə 17 ədəd kəşfiyyat quyusu qazılmış və bu quyuların hamısında temperaturu 38-64°C olan termal sular aşkar edilmişdir. Onlardan istilik enerjisi kimi istifadə edilməsi məqsədilə qış aylarında faraş tərəvəzin (pomidor, xiyar) yetişdirilməsi üçün 10 ədəd oranjereya yaradılmış və il ərzində 2-3 dəfə məhsul alınmasının mümkünlüyü müəyyən edilmişdir.

Carlı strukturunda qazılmış, dərinlikləri 3200-4500 m olan neft kəşfiyyat quyularında termal sular açılmışdır, onların ümumi debiti 2500 m3, yer səthində temperaturu isə 72-97°C olmuşdur.

Xəzəryanı (Xudat-Xaçmaz) zonasının 3000 m-dək dərinliyi olan kəşfiyyat quyuları vasitəsi ilə ümumi debiti 30000 m3/gün-dən artıq və yer səthində temperaturu 50-81°C təşkil edən termal sular aşkar edilmişdir.

Quba-Xaçmaz zonasında aşkar edilmiş Xudat-Xaçmaz termal sular yatağının kəşfiyyatı aparılmış və 25,7 min m3/gün miqdarında istismar ehtiyatları təsdiq edilərək Dövlət Balansında qeydə alınmışdır.

Termal suların respublika ərazisində geniş miqyasda yayılmasına baxmayaraq, onlardan təsərrüfatın müxtəlif sahələrində istifadə edilməsi qənaətbəxş deyildir.

Hal-hazırda termal sulara qazılmış geoloji-kəşfiyyat quyuları Xaçmaz rayonunda müalicə və məişət-kommunal xidməti məqsədilə qismən istifadə edilir.
Respublika üzrə termal suların proqnoz istismar ehtiyatları aşağıdakı kimi qiymətləndirilir:

  • Böyük Qafqazın cənub yamacı – 2000 m3/gün (t-30-50°C) ;
  • Quba-Xaçmaz zonası – 21000 m3/gün (t-40-85°C) ;
  • Abşeron yarımadası – 20000 m3/gün (t-40-90°C) ;
  • Kiçik Qafqazın dağlıq hissəsi – 4000-5000 m3/gün (t-30-74°C) ;
  • Naxçıvan MR – 3000 m3/gün (t-40-50°C) ;
  • Talış dağlıq bölgəsi – 15000 m3/gün (t-31-43°C) ;
  • Lənkəran düzənliyi – 7000-8000 m3/gün (t-44-64°C) ;
  • Kür çökəkliyi – 170000 m3/gün (t-30-71°C) ;
  • Respublika üzrə – 249000 m3/gün.

Termal su yataqlarının geoloji materiallarının təhlili göstərir ki, bütünlükdə termal suların istismar ehtiyatları yuxarıda qeyd olunandan dəfələrlə artıqdır.

Ekoloji cəhətdən təmiz enerji mənbəyi olan yeraltı termal suların başqa yanacaq növləri (əsasən neft, qaz) ilə bərabər, kompleks şəkildə öyrənilməsi və onun xalqın xidmətinə verilməsi böyük əhəmiyyət kəsb edir.

Hazırda Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən respublika ərazisində aşkar edilmiş termal sulardan istifadə istiqamətlərinin müəyyən edilməsi məqsədi ilə xüsusi tədqiqatlar aparılır.

БУРЕНИЕ ДРЕНАЖНЫХ СКВАЖИН

Torpağı, yeri qurutmaq üçün qrunt və ya axıntı sularının süni yolla axıdılmasıdır. Açıq drenaj arxlarla, qapalı drenaj isə yeraltından çəkilən borularla suyun arxlara, yaxud kanallara buraxılmasıdır.

Torpaqların qurudulması zamanı qurutma drenajı, quraqlıq rayonlarda torpağın şorlaşmasına qarşı mübarizə məqsədilə ilə duzsuzlaşdırma drenajı, ağır gilli torpaqlarda qaz mübadiləsini qüvvətləndirmək üçün areasiya drenajından istifadə edilir. Kənd təsərrüfatında iki cür drenaj aparılır:

Üfuqi drenaj – bu drenaj özü iki cür olur:

Açıq drenaj – kanallar sadəcə elə yerləşdirilir ki, tarlada kənd təsərrüfatı işlərinin mexanikləşdirilməsinə və müvəqqəti suvarma arxlarının çəkilməsinə maneçilik törətməsin.  

   Qapalı drenaj – Torpaq itkisinə yol verməmək üçün istifadə olunur. Kanlların dərinliyi 2,5–3 m, drenaj arasında məsafəsi 200–800 m olur

    Şaquli drenaj – Drenajlardan binaları və tikililəri qrunt sularının təsirindən qorumaq üçün də istifadə olunur. Bunlar suları toplayan və kənara axıdan mühəndis (kəhriz, quyu, yeraltı lağımlar və s.) ibarətdir. Tikinti ərazisində yeraltı suların ümumi səviyyəsinin aşağı salınması (adətən yer səthindən 3-3,5 m dərinlikdə olmalıdır) lazımı effekt vermədikdə yerli drenaj sistemləri, yəni lay drenaji, divaryanı drenaj və dairəvi drenaj tətbir olunur.

ПРОЕКТИРОВАНИЕ СКВАЖИН

Your content goes here. Edit or remove this text inline or in the module Content settings. You can also style every aspect of this content in the module Design settings and even apply custom CSS to this text in the module Advanced settings.

КАРОТАЖНЫЕ РАБОТЫ  

Karotaj –  geoloji kəsilişdə faydalı qazıntıların (neft, qaz, kömür, müxtəlif filiz və b.) müəyyən edilməsi, quyu kəsilişlərinin öyrənilməsi və başqa geoloji məsələlərin həlli üçün aparılan geofiziki quyu tədqiqatları. Kəsilişdə hansı fiziki və ya kimyəvi parametrlərin öyrənilməsindən asılı olaraq elektrik, radioaktiv, akustik, qaz və b. Karotaj növlərindən və onların kompleksindən istifadə olunur. Kompleks karotaj isə kəşfiyyatın hansı faydalı qazıntıya aparılmasından, rayonun geoloji quruluşundan, qazımanın texniki şəraitindən və b. asılı olaraq seçilir. Karotaj prosesində alınmış məlumatlar karotaj stansiyası kompleksinə daxil olan aparaturanın köməyi ilə  qeydə alınır. Karotaj dioqramı öyrənilən parametrlərin verilmiş miqyasda quyu kəsilişi üzrə fasiləsiz dəyişməsini əks etdirir. Bəzi tədqiqatçılar karotaj termini  əvəzinə “üsul”, “-metri­ya” (məsələn: radiometriya, qamma-üsul) və “Quyuların geofiziki tədqiqatları” terminlərindən istifadə olunmasını məqsədəuyğun hesab edirlər.

ГОРИЗОНТАЛЬНОЕ БУРЕНИЕ

Son zamanlar Dünyada ın çox yeraltı kommunikasiya xətlərinin çəkilməsi üçün  maili qazma qurğularının istifade olunur.Bu isulun üstünlüyü ondan ibarətdir ki, Yer üstü qurğuları (magestral yolları, dəmir yollarını,kanalları, habelə çoxmertəbəli binaları ) zədələmədən onların altından kommunikasiya xətləri keçirmək olar.

“Forward HDD” beynəlxalq şirkəti yeraltı kommunikasiya xətlərinin çəkilməsi üçün nəzərdə tutulmuş maili qazma qurğularının (MQQ) istehsalı, servisi və satışı ilə məşğuldur.

Maili qazma qurğulari 10-150 ton dartma qüvvəsinə malikdirlər.Bu qurğularda 3-5 heyyət üzvü çalişıq.Maili qazma işləri üçün şirkətimizə müraciyət edə bilərsiniz.

ЗАБИВКА СВАЙ

Your content goes here. Edit or remove this text inline or in the module Content settings. You can also style every aspect of this content in the module Design settings and even apply custom CSS to this text in the module Advanced settings.

АНАЛИЗ ВОДЫ

Your content goes here. Edit or remove this text inline or in the module Content settings. You can also style every aspect of this content in the module Design settings and even apply custom CSS to this text in the module Advanced settings.