BİZ NƏ TƏKLİF EDİRİK?
HAQQIMIZDA
Artezian şirkətinin əsas fəaliyyət sahəsi artezian quyularının qazlılması, suvarma sistemlərinin (suni yağış yağdırma sistemlərinin, damcı suvarma sistemlərinin) qurulmasından və suyun təmizlənməsindən ibarətdir. Şirkət həmçinin çoxmərtəbəli binaların özüllərinin inşası zamanı svayların vurulması, sürüşməyə qarşı borulardan istinad divarlarının tikilməsi işlərini də yerinə yetirir.
Şirkətimizin xidmətlərindən drenaj quyuları qazdıran zaman, su nasosları quraşdırarkən və hər cür yeraltı işləri (sementləmə, svay vurma) görərkən istifadə edə bilərsiniz.
Şirkətimizin təcrübəli Mühəndis -texniki heyyəti vardır.Respublikamızda ən çətin böyük həcimli layihələrin həyata keçirilməsində mütəxəssizlərimizin köməyi ilə iştirak etmiş və çox boyük uğur qazanmışıq.
Maşın Mexanizmlər sahəsinə gəldikdə isə, biz Respubilikamızda ən qabaqcıl müasir avadanlıqlara sahibik.Belə ki, Almaniya, Türkiyə və Rusiyadan alınmış ən son model olan Mexanizmilərin vastəsi ilə qısa zamanda, yüksək keyfiyətdə layihələrimizi yerinə yetirə bilirik.
Şirkətimiz əsasən “Meliorasiya və Su Təssərrüfatı” ASC-nin və “Azərsu” ASC-nin sifarişlərini yerinə yetirir.Şirkətimiz həmçinin “Kolin inşaat”ın Bakı -Şamaxı magestral avtomobil yolundakı su Artezian layihələrini , habelə “Agro Dairy”şirkətinin Qırmızı Samux kəndindəki su layihələrini, və “Proteyn” şirkətinin Horadiz şəhərinin su təchizatı layihəsini uğurla həyata keçirmişdir.
Bundan başqa yerli və xarici layihələrin yüksək səviyyədə yerinə yetirilməsi üçün müasir texnika və peşəkar işçi heyəti ilə hər zaman sizlərin təkliflərini yerinə yetirməyə hazırdır.
Xarici fəaliyyətə gəldikdə isə, şirkətimiz Afrikada (Sudan,Kenya, Uqanda və Nairobi), həmçinin İran İslam Respublikasının Maku şəhərində, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Təşəbbüsü ilə bir sıra qazma layihələrini uğurla həyata keçirmişdir.